Bosniya və Herseqovinada mədən işçiləri tətil edirlər
AzerTAg.az
Sarayevo, 19 may, AZƏRTAC
Bosniya və Herseqovina Elektrik İdarəsinə məxsus mədənlərdə çalışan işçilər xəbərdarlıq olaraq bir saatlıq tətil edirlər.
AZƏRTAC xəbər verir ki, mədən işçiləri kollektiv müqavilə ilə bağlı tələblərinin hələ də hökumət və Elektrik İdarəsi tərəfindən yerinə yetirilmədiyini, maaşları 20 faiz artırılmasa, ümumi tətil edəcəklərini açıqlayıblar.
Bosniya və Herseqovina Federasiyası Mədən İşçiləri Həmkarlar İttifaqının sədri Sinan Husiç deyib: “Əgər bu həftənin sonuna qədər Elektrik İdarəsi və hökumət əməkhaqqının 20 faiz artırılması ilə bağlı tələbimizi qəbul etməsə, mayın 23-də 8 mədənin hər birində ümumi tətil edəcəyik”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Xəbərin mətnində orfoqrafik səhv var