DÜNYA


Bosniya və Herseqovinada mədən işçiləri tətil elan ediblər

Sarayevo, 23 noyabr, AZƏRTAC

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yüzlərlə mədən işçisi əmək şəraiti və maaşlarla bağlı yeni qaydalara etiraz edib.

AZƏRTAC xəbər verir ki, dövlətə məxsus elektrik enerjisi şirkətində çalışan mədənçilər tələbləri yerinə yetirilməyənədək işləməyəcəklərini açıqlayıblar. Ölkədəki 7 şaxtada 6800 mədən işçisinin də tətilə qoşulacağı bildirilib.

Müxtəlif şəhərlərindən paytaxt Sarayevoya gələn və etiraz aksiyasına qoşulan mədənçilər yeni qaydalarla maaşların 425 avrodan 285 avroya düşəcəyini iddia edirlər. Etirazçılar tələbi mədənçilərin minimum əməkhaqqının 500 avroya çatdırılmasıdır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.