DÜNYA


Bosniya və Herseqovinada son illərin ən böyük quraqlığı müşahidə olunur

Sarayevo, 6 oktyabr, AZƏRTAC

Bosniya və Herseqovinada kənd təsərrüfatı istehsalçıları quraqlıq səbəbindən böyük itkilərə məruz qalıblar.

AZƏRTAC xəbər verir ki, ötən onilliklərin Bosniya və Herseqovinada müşahidə olunan ən quraq mövsümdən sonra kənd təsərrüfatı istehsalında 60 faizdən çox itkilər olub. Quraqlıq heyvandarlıq sektoruna da ciddi ziyan vurub.

Quraqlıq səbəbindən günəbaxan, qarğıdalı və taxıl istehsalına ciddi ziyan dəyib və bunun son vaxtlar sürətlə artan ərzaq qiymətlərinə mənfi təsir göstərəcəyi gözlənilir. Cari ildə günəbaxan əkinindən əldə olunan gəlir əvvəlki ilə nisbətən 50 faiz azalıb. Bosniya və Herseqovina günəbaxan yağının böyük hissəsini Serbiyadan idxal edir və bu ölkədə bir ton günəbaxan 470 avroya başa gəlir. Serbiyadakı qiymət artımı Bosniya və Herseqovinaya da mənfi təsir edir. Fermerlərin daha çox günəbaxan əkdiyi Semberija bölgəsində quraqlıq səbəbindən məhsuldarlığın aşağı olduğu bildirilib.

Bosniya və Herseqovinanın Üzvi Qida İstehsalçıları Birliyinin prezidenti Seyad Herseg “Fena” agentliyinə verdiyi açıqlamada üzvi qida istehsalçıları və fermerlərin builki böyük quraqlıq səbəbindən böyük itkilərə məruz qaldıqlarını söyləyib. O, bütün kənd təsərrüfatı istehsalçılarının 60 faizdən çox zərər gördüyünü deyib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.