Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Milorad Dodikə

Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin