DÜNYA


Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri vəzifələrinə seçkilər keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC 

Oktyabrın 7-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri vəzifələrinə seçkilər keçirilib.

AZƏRTAC xəbər verir ki, Rəyasət Heyəti üç nəfərdən ibarətdir. Onlar serbləri, xorvatları və bosniyalıları təmsil edirlər.

Səsvermənin ilkin nəticələrinə görə, Milorad Dodik (serblər, 55,15 faiz), Şefik Caferoviç (bosniyalılar, 37,97) və Jelko Komşiç (49,47 faiz, xorvatlar) liderlik edirlər.

Mərkəzi Seçki Komissiyası ölkədə səsvermə hüququna malik 3,35 milyon insanı qeydə alıb. Səsvermə 5,8 min seçki məntəqəsində və 314 mobil məntəqədə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.