Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodikdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-Aliləri.

Sizi doğum gününüz münasibətilə təbrik etməkdən, Zati-alinizə böyük uğurlar və firavanlıq arzulamaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, son görüşümüzdə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Ümidvaram ki, gələcəkdə də xalqlarımıza fayda gətirəcək əməkdaşlığımızı davam etdirəcəyik.

Hörmətli cənab Prezident, xahiş edirəm, doğum gününüzlə əlaqədar xoş arzularımı və dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Milorad Dodik

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin