DÜNYA


Bosniya və Herseqovinanın Xorvatiya ilə sərhədindəki mühacirlər Aİ ölkələrinə getməyi arzulayırlar

Sarayevo, 19 oktyabr, AZƏRTAC

Bosniya və Herseqovinanın Avropa İttifaqına (Aİ) üzv ölkə olan Xorvatiya ilə sərhədində yerləşən Velika Kladusa şəhərindəki Miral adlı qaçqınlar şəhərciyində məskunlaşan mühacirlər daha yaxşı həyat ümidi ilə Qərbi Avropa ölkələrinə getməyi gözləyirlər.

AZƏRTAC xəbər verir ki, Miral düşərgəsində yalnız kişi mühacirlər məskunlaşıblar. Əsasən Pakistan, Əfqanıstan, Mərakeş və Banqladeşdən olan miqrantlar Bosniya və Herseqovinadan getməyi, həyatlarını Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələrdə davam etdirməyi ümid edirlər.

Ölkənin şimal-qərbindəki Velika Kladusa şəhərində təxminən iki min miqrant qalır ki, onların da təqribən 1000 nəfəri düşərgələrə yerləşdirilib, qalanları isə öz imkanları hesabına meşələrdə qurduqları çadırlarda yaşayırlar.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.