İDMAN
Bosniya və Herseqovinanın kişi paravoleybolçulardan ibarət komandası Avropa çempionu olub
Sarayevo, 23 oktyabr, AZƏRTAC
Bosniya və Herseqovinanın kişi paravoleybolçulardan ibarət milli komandası 10-cu dəfə Avropa çempionu olub.
AZƏRTAC xəbər verir ki, Antalyada keçirilən Avropa çempionatının final matçında Bosniya və Herseqovina ilə Rusiya milli komandaları qarşılaşıb. Setlərdə rəqibindən 25:17, 28:26 və 27:25 hesabı ilə üstün olan Bosniya və Herseqovina komandası oyundan 3-0 qalib ayrılıb.
Qeyd edək ki, sonuncu dəfə 2015-ci ildə Avropa çempionu olan Bosniya və Herseqovina millisi 1999-2015-ci illərdə isə ardıcıl 9 dəfə turnirdən qalib ayrılıb. Son iki çempionatı isə Rusiya komandası qazanıb.
Bosniya və Herseqovina millisi indiyədək Avropa çempionatlarında 10 qızıl, bir gümüş və 2 bürünc medala yiyələnib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]