DÜNYA


Bosniya və Herseqovinanın məhsul ixracı 33 faizdən çox artıb

Sarayevo, 21 oktyabr, AZƏRTAC

Cari ilin ilk üç rübündə Bosniya və Herseqovinanın məhsul ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 33 faizdən çox artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Statistika Agentliyi məlumat yayıb.

Bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında ölkənin ixrac göstəricilərində ötən ilin müvafiq ayları ilə müqayisədə 33,1 faiz artım müşahidə olunub. Eyni dövrdə ölkənin idxalı 24,2 faiz artıb.

İxracın idxalı təminetmə nisbəti isə 65,9 faiz olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.