DÜNYA


Bosniya və Herseqovinaya girişdə COVID-19-la bağlı tələblər ləğv olunub

Sarayevo, 27 may, AZƏRTAC

Bosniya və Herseqovina hökuməti ölkəyə daxil olarkən COVID-19-la bağlı tətbiq olunan qaydaları ləğv edib.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Nazirlər Şurasının qəbul etdiyi qərara əsasən, artıq ölkə ərazisinə daxil olarkən vaksin sertifikatı və ya PCR test nəticələri kimi sənədlər tələb olunmayacaq.

Bu qərarın ölkədə uzun müddətdir davam edən müsbət epidemioloji vəziyyət əsasında qəbul edildiyi bildirilib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.