MƏDƏNİYYƏT
Bosniyanın dəniz kurortunda koronavirus təhlükəsi yoxdur
Sarayevo, 1 may, AZƏRTAC
Bosniya və Herseqovinanın Adriatik dənizinə çıxan yeganə kurortu olan Neumda koronavirus təhlükəsi yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə kurorta cavabdeh bələdiyyə məlumat verib. Kurortu bundan sonra da virus təhlükəsindən qorumaq üçün gələnlərdən əlavə olaraq dezinfeksiya xərci alınacaq. Xərc minik vasitəsindən asılı olaraq 2,5-5 avro arasında dəyişəcək. Habelə şəxsi avtomobillər və ictimai nəqliyyat vasitələri də mütləq dezinfeksiya olunacaq.
Şəhərin meri Zivko Matusko bildirib ki, 12 mil ərazini əhatə edən çimərlik zonası hər gün təmizlənərək turistlərə açıq olacaq. Bu məqsədlə lazım olan bütün təmizləyici vasitələr alınaraq anbarlara toplanılıb. Hazırda kurort ərazisində bir dənə də olsun virusa yoluxma halı qeydə alınmayıb. Bu formada kurort bütün mövsüm boyunca turistlərə və yerlilərə açıq olacaq.
Əvvəl qərara alınmışdı ki, turistlər kurorta giriş zamanı sağlamlıq arayışı da təqdim etsinlər, lakin mayın 1-dən bu qayda ləğv olunub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]