MƏDƏNİYYƏT


Bosniyanın xəbər agentliyində Azərbaycan şairi Nizami Gəncəvidən bəhs olunur

Bakı, 3 iyun, AZƏRTAC

Bosniyanın FENA xəbər agentliyi “Azərbaycan 2021-ci ili şair Nizami Gəncəvinin ili elan etdi” başlıqlı məqalə dərc edib (https://fena.ba/article/1214080/azerbejdzan-2021-godinu-proglasio-godinom-pjesnika-nizamija-ganjavija).

AZƏRTAC xəbər verir ki, məqalədə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən hesab edilir.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradıb. O, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib.

Məlumatda əlavə olunur ki, Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Azərbaycanda Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Məlumatda qeyd olunur ki, Azərbaycanda Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş yubileylər həmişə təntənəli şəkildə qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.