ELM VƏ TƏHSİL


Botanika İnstitutu “Azərkosmos” ASC-nin keçirdiyi müsabiqənin qalibi olub

Bakı, 17 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu “Azərkosmos” ASC tərəfindən cari ildə elan edilmiş “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsinin ikinci mərhələsi üzrə qalibi olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir.

Müsabiqəyə təqdim olunan “Böyük Qafqazın cənub-şərq hissəsi meşə ekosistemlərinin öyrənilməsi” layihəsinə əsasən Botanika İnstitutunda Böyük Qafqazda (Quba rayonu) meşə ekosistemlərinin flora və bitkiliyinin müasir vəziyyəti müxtəlif antropogen amillərin və iqlim dəyişkənliyinin təsiri altında tədqiq ediləcəkdir.

“Azərkosmos” ASC-nin rəhbərliyi müsabiqədən uğurla keçən 10 layihənin rəhbərləri və iştirakçıları ilə görüş keçirib. Görüşdə qalib layihələrin təqdimatı və müsabiqənin tələblərə uyğun olaraq əvvəlcədən müəyyənləşdirilmiş ərazinin “Azersky” peyki vasitəsilə çəkilmiş təsvirləri təmənnasız şəkildə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.