ELM VƏ TƏHSİL


Botanika İnstitutu ilk dəfə Beynəlxalq Meşə Tədqiqatları Təşkilatı Birliyinin tədbirinə qatılıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu ilk dəfə Yunanıstanın Saloniki şəhərində keçirilən Beynəlxalq Meşə Tədqiqatları Təşkilatı Birliyinin (IUFRO) dəyişən ətraf mühitdə meşə həşəratları və patogenləri: ekologiya, monitorinq və genetika işçi qruplarının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirə qoşulub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə yanaşı, 25 ölkədən 79 nümayəndənin qatıldığı tədbirin təşkilinin məqsədi dəyişən ətraf mühitdə meşə entomologiyası və patologiyası sahəsində müxtəlif tədqiqatları bir araya gətirmək, əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

Tədbirdə Botanika İnstitutunun mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva “Meşə zərərvericiləri və patogenlərinin beynəlxalq təsiri” sessiyasında Azərbaycanda şabalıd ağacının “patogen cryphonectria parasitica” göbələyinin populyasiyasının hazırkı vəziyyətinə dair məruzə ilə çıxış edib. Azərbaycanlı alim, həmçinin tədbirin “Meşə zərərvericilərinin fenologiyası, sahibləri və mutualistləri” sessiyasına modertorluq edib.

Qeyd edək ki, 125 illik tarixə malik IUFRO meşə elmi əməkdaşlığı üzrə qlobal şəbəkəni təmsil edir. Qurumun məqsədi elmi tədqiqatlarda üstünlüyə nail olmaq, məlumatları paylaşmaq, dünyada meşə ilə əlaqədar problemlərin insanların xeyrinə elmi yollarla həllinə kömək göstərməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.