ELM VƏ TƏHSİL
Botanika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib
Bakı, 28 yanvar, AZƏRTAC
AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şuranın sədri Aydan Zeynalova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, elmi və ictimai fəaliyyətin genişləndirilməsi ilə bağlı 2022-ci il üzrə nəzərdə tutulan tədbirlər, görüləcək işlər barədə məlumat verib. O, Botanika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının və Azad Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə tədbir və elmi, ictimai fəaliyyəti ilə seçilən gənclər arasında müsabiqə keçiriləcəyini diqqətə çatdırıb.
İclasda müsabiqəyə dair geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Sonda Aydan Zeynalova müsabiqəyə namizədliyini təqdim edəcək gənclərin hansı meyarlar üzrə qiymətləndirilməsi barədə məlumat verib və onlara uğurlar arzulayıb.