ELM VƏ TƏHSİL


Botanika İnstitutunda bu il yerinə yetiriləcək elmi-tədqiqat işləri müzakirə edilib

Bakı, 13 yanvar, AZƏRTAC

AMEA-nın Botanika İnstitutunun Elmi şurasının 2022-ci ildə ilk iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri institutun baş direktoru professor Səyyarə İbadullayeva açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

İclasda AMEA Rəyasət Heyətinin “2021-2025-ci illər AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin mövzu planı”na uyğun olaraq 2022-ci ildə institutda yerinə yetiriləcək elmi-tədqiqat işlərinin plan və proqram layihəsi müzakirə olunub. Həmçinin institutun fəlsəfə doktorluğu üzrə iddiaçıların dissertasiya mövzuları ilə əlaqədar ərizələri nəzərə alınıb.

Sonra bir sıra cari məsələlərə baxılıb və digər təşkilati məsələlər barədə müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.