ELM VƏ TƏHSİL


Botanika İnstitutunda distant tədris dərs cədvəli və fənn sillabuslarına uyğun davam etdirilir

Bakı , 8 aprel, AZƏRTAC 

AMEA-nın Botanika İnstitutunda distant tədris təsdiqlənmiş II semestr dərs cədvəli və fənn sillabuslarına uyğun olaraq həyata keçirilir.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, II kurs magistrantların elmi rəhbərləri onlarla distant əlaqə yaradaraq dissertasiya işlərinin fərdi iş planına uyğun, vaxtında tamamlanması üçün elmi-metodiki məsləhətlər verirlər. Magistrantlar mühazirə və təqdimatların elektron variantını e-poçt vasitəsilə əldə edirlər. Dərsin gedişatı zamanı şəkil və video-materiallar təhsil şöbəsinə təqdim edilir. Mütəmadi olaraq dərslər haqqında müəllim və magistrantlardan məlumat alınır, dərslərin gedişatına nəzarət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.