Botanika İnstitutunda doktorant və dissertantların yay imtahan sessiyası keçirilib
AzerTAg.az
Bakı, 16 may, AZƏRTAC
AMEA Botanika İnstitutunda botanika ixtisası və ümumi biologiyadan fərq doktorluq imtahanı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanda altı dissertant iştirak edib. Onlardan beşi botanika ixtisasından, bir nəfəri isə ümumi biologiyadan fərq imtahanı verib.
Komissiyasının sədri Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva və digər üzvlərin iştirakı ilə keçirilən imtahan şəffaf və mövcud qaydalara uyğun təşkil olunub. İddiaçılar 2 saat 30 dəqiqə müddətində imtahan biletlərini yazılı və şifahi cavablandırıblar. Onların bilik səviyyəsi komissiya üzvləri tərəfindən əla və orta ballarla qiymətləndirilib.
İmtahanda AMEA Təhsil şöbəsinin nümayəndələri Doktorantura sektorunun müdiri dosent Tubuxanım Qasımzadə və baş mütəxəssis Sevinc Həsənova iştirak edib.

Xəbərin mətnində orfoqrafik səhv var