ELM VƏ TƏHSİL


Botanika İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb

Bakı, 15 iyul, AZƏRTAC

AMEA-nın Botanika İnstitutunda 2019-2020-ci tədris ili üçün magistratura pilləsi üzrə yay imtahan sessiyası başa çatıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq respublika ərazisində sərt karantin rejimi səbəbindən imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn keçirilib.

Botanika, bitki fiziologiyası, mikologiya, ətraf mühitin mühafizəsi və bioloji monitorinq ixtisasları üzrə təhsil alan birinci kurs magistrantlar Böyrək Kərimli, Ləman Babayeva, Ülkər Alıyeva, Nihal Mustafayeva, Aytac Muradova və Aytən Əliyeva biomüxtəliflik və onun mühafizəsi, ali bitkilərin morfologiyası, bitki molekulyar biologiyası, bitki fiziologiyasının tədqiqat metodları, fotosintez,

ekologiyada riyazi modelləşdirilmə, kənd təsərrüfatı və meşə mikologiyası, göbələklərdə adaptasiya imkanları, göbələklərin genetikası və digər fənlərdən son ixtisas imtahanlarını verərək, yay imtahan sessiyasını müvəffəqiyyətlə başa vurublar.

Cavablar fənn müəllimləri - AMEA-nın müxbir üzvü Pənah Muradov, biologiya üzrə elmlər doktorları Vahid Fərzəliyev, Dilzarə Agayeva, Könül Baxşəliyeva, professor Nəriman İsmayılov, dosentlər Pərvanə Qaraxani, Rəşad Allahverdiyev, Şəkər Muxtarova, Esmira Əlirzayeva, Ələddin Qədimov, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev tərəfindən qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.