ELM VƏ TƏHSİL


Botanika İnstitutunda yaponiyalı alimin məruzəsi dinlənilib

Bakı, 27 noyabr, AZƏRTAC 

Yaponiyanın Mie Universitetinin bitki patologiyası laboratoriyasının professoru Susumu Takamatsu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda elmi ezamiyyətdə olub.

Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və mikologiya laboratoriyasının müdiri, AMEA-nın professoru Dilzarə Ağayevanın iştirakı ilə keçirilən görüşdə qonağa bu elm müəssisəsinin həyata keçirdiyi layihələr, tədqiqat işləri haqqında məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə mikologiya sahəsi üzrə müştərək tədqiqatların aparılması və elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub.

Sonra qonaq institutun müxtəlif laboratoriyaları, mikroskop otağı, Herbari fondu və Botanika Muzeyi ilə tanış olub. Həmçinin yaponiyalı alimin iştirakı ilə Quba rayonunun meşələrində yayılmış unlu şeh göbələklərini müşahidə etmək məqsədilə müştərək ekspedisiya həyata keçirilib.

AMEA-nın Mərkəzi Nəbatat Bağı, Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar, Mikrobiologiya institutlarının əməkdaşlarının iştirakı ilə S.Takamatsunun təqdimatında elmi seminar təşkil olunub. Seminarda yaponiyalı alimin “Mikroaləmdə niyə heyrətamiz qeometriyalar yaranmışdır? Unlu şeh göbələklərinin təkamülü və taksonomiyası” mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində unlu şeh göbələklərinin Yer kürəsində ilk dəfə yaranma tarixi, keçdiyi təkamül yolu, sahib aralığı və coğrafi yayılmasına dair suallara aydınlıq gətirib. Mövzu ətrafında geniş müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.