ELM VƏ TƏHSİL


Botanika İnstitutunun alimləri nadir və nəsli kəsilməkdə olan bitkilərin monitorinqini aparıb

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinə dair məlumatların toplanması çərçivəsində Botanika İnstitutu tərəfindən çoxsaylı ekspedisiyalar təşkil olunub.

Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə elmi müəssisənin Ekosistemlərin fitososiologiyası laboratoriyasının əməkdaşlarının iştirakı ilə Lənkəran və Lerik rayonlarında çöl-tədqiqat işləri aparılıb.

Tədqiqatların məqsədi nadir və itmə təhlükəsində olan növlərin monitorinqinin aparılması olub. Görülən işlər zamanı bu növlərin yayılması, fenologiyası, fitosenotik xüsusiyyəti və senopopulyasiyalarının müasir vəziyyəti tədqiq olunub. Nəticədə 15 nadir növün (Orchis fraqrans, Crocus caspicus, Scutelleria grossheymii, İris grossheymii, İris lycotis və s.) yayıldığı yerlər dəqiqləşdirilib, GPS koordinatları qeydə alınıb. Sınaq meydançalarında müxtəlif yaşlarda olan fərdlərin sayı hesablanıb və onlara təsir edən faktorlar müəyyən edilib. Tədqiqatlar göstərib ki, bu rayonlarda rast gəlinən nadir növlər antropogen təsirlərə məruz qalır. Dərman və dekorativ xüsusiyyətlərinə görə tədqiq olunan növlərin Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinə salınması tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.