Botanika İnstitutunun əməkdaşları Şəkidə müxtəlif növ göbələklərin monitorinqini aparıblar
AzerTAg.az
Bakı, 8 dekabr, AZƏRTAC
AMEA Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri Dilzarə Ağayeva və əməkdaşları Tamilla Mailova, Elgün Mustafabəyli, Aygün Bağırova, Elnarə İsgəndərli nadir və patogen göbələk növlərinin monitorinqi məqsədilə Şəki rayonunda ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, rayonun mövsümə uyğun göbələk müxtəlifliyi araşdırılıb, “Qırmızı Kitab”ın üçüncü nəşri üçün nəzərdə tutulan nadir makromiset növlərinin və patogen “Cryphonectria parasitica” göbələyinin populyasiyasını monitorinqi aparılıb. Nadir və təhlükə altında olan 11 göbələk növünün lokalitetləri dəqiqləşdirilib, təbii mühitdə vəziyyəti, təhlükələri, rast gəlinmə tezliyi təhlil edilib, şəkilləri çəkilib, digər vacib göstəriciləri qeyd edilib. “Cryphonectria parasitica” göbələyinin təbii populyasiyasından nümunələr uyğun protokola əsasən toplanılıb. Nümunələr mikoloji herbariyə depozit edilib. Sonrakı tədqiqatlar laboratoriya şəraitində davam etdiriləcək.



Xəbərin mətnində orfoqrafik səhv var