ELM VƏ TƏHSİL
Botanika İnstitutunun əməkdaşları rusiyalı həmkarları ilə birgə tədqiqatlar aparacaqlar
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu ilə Moskva Dövlət Universitetinin biologiya fakültəsi arasında elmi əməkdaşlığa dair müqavilə bağlanılıb. Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan bildirilib.
Müqaviləni Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və Moskva Dövlət Universitetinin biologiya fakültəsinin dekanı, akademik Mixail Kirpiçnikov imzalayıblar. Sənədə əsasən, tərəflər göbələk, yosun və bitkilərin sistematikası, filogeniyası, ekologiyası, fiziologiyası və biokimyası sahələri üzrə birgə tədqiqatlar aparmaq, təbii nümunələr, herbari nüsxələri və təmiz kulturaları mübadilə etmək, birgə layihələr reallaşdırmaq, toplantı, seminar və konfranslar keçirmək barədə razılığa gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:03]
“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]
BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
- 28.03.2024 [15:29]