ELM VƏ TƏHSİL


Botanika İnstitutunun gənc alimi beynəlxalq vebinarda sertifikata layiq görülüb

Botanika İnstitutunun gənc alimi beynəlxalq vebinarda sertifikata layiq görülüb

Bakı, 29 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Aydan Zeynalova İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi (COMSTECH) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş “Laboratoriyada təhlükəsizlik və təhlükəsizliyin idarə edilməsi” adlı vebinarda iştirak edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Vebinar çərçivəsində kimyəvi laboratoriyada çalışan işçilər, tədqiqatçılar və tələbələr üçün insan sağlamlığının qorunmasında fərdi qoruyucu vasitələrin seçilməsi və istifadəsi, tədqiqat zamanı yaranan tullantıların idarə edilməsi və təhlükəsiz utilizasiyası və ətraf mühitin qorunması üzrə müzakirələr aparılıb.

Vebinarın sonunda A.Zeynalova sertifikata layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.