ELM VƏ TƏHSİL


Botanika İnstitutunun gənc mütəxəssisi beynəlxalq layihədə uğurla iştirak edir

Bakı, 9 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu ilə Berlin Botanika Bağı və Botanika Muzeyi arasında imzalanmış razılaşma memorandumu çərçivəsində “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” layihəsi həyata keçirilir. Layihənin ikinci mərhələsi üzrə Azərbaycan florasında yayılan “Scutellaria L.” və” Pyrus L.” (yabanı armud) bitki cinslərinin öyrənilməsi, onların filogenetik mənşəyini müəyyənləşdirmək istiqamətində tədqiqat işləri davam etdirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində bu elmi müəssisənin doktorantı, həmin beynəlxalq layihənin iştirakçısı Aytən Fətdayeva Berlin Frei Universitetində bitkilərin molekulyar filogenetikası üzrə təşkil olunan ixtisas kursunda təlim keçir. O, “Pyrus L.” cinsi üzərində molekulyar səviyyədə elmi tədqiqat işlərini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.