ELM VƏ TƏHSİL
Botanika İnstitutunun gənc mütəxəssisləri beynəlxalq vebinarda sertifikata layiq görülüblər
Bakı, 17 fevral, AZƏRTAC
Botanika İnstitutunun elmi işçiləri Aydan Zeynalova və Nigar Mürsəl qızı İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi (COMSTECH) tərəfindən İslamabadda təşkil olunmuş “STEM üzrə panel müzakirə - COVID-19 pandemiyasında qadınlar” mövzusunda vebinarda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, vebinar çərçivəsində COVID-19 pandemiyası ilə əlaqədar olaraq ortaya çıxan yeni fürsətləri və problemləri işıqlandırmaq üçün STEM-də (elm, texnologiya, mühəndislik və riyaziyyat sahələri) qadın alim və çempionlardan ibarət diskussiya paneli təşkil olunub. İclasa ümumilikdə 170-dən çox alim qatılıb.
Vebinarın sonunda Aydan Zeynalova və Nigar Mürsəl qızı COMSTECH-in ümumi koordinatoru, professor İqbal Çaudari tərəfindən sertifikata layiq görülüblər.