ELM VƏ TƏHSİL


Botanika İnstitutunun magistrantı diplom işinin bir hissəsini İtaliyada yerinə yetirib

Bakı, 1 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun magistrantı Elnarə İsgəndərli İtaliyanın Milli Tədqiqat Şurasının (İMTŞ) Turində yerləşən Davamlı Bitki Mühafizəsi İnstitutunda elmi ezamiyyətdə olub.

Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, ezamiyyət bu elm müəssisəsi ilə Davamlı Bitki Mühafizəsi İnstitutu arasında bağlanmış elmi əməkdaşlığa dair saziş əsasında reallaşıb.

Elnarə İsgəndərli professor Massimo Turinonun rəhbərliyi ilə “Cryphonectria parasita göbələyinin populyasiyasında dsRNT-nin axtarışı və lakkaz aktivliyinin təyini” mövzusunda diplom işinin bir hissəsini Davamlı Bitki Mühafizəsi İnstitutunda yerinə yetirib. Təcrübə müddətində Azərbaycanın müxtəlif rayonlarından toplanılmış şabalıd ağacında parazitlik edən “invaziv Cryphonectria parasitica” nümunələri müasir metodlarla araşdırılıb, “dsRNT”nin ayrılması və “real time PZR” ilə səciyyələndirilməsi metodu öyrənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.