Botanika İnstitutunun mikoloqları avropalı həmkarları ilə birgə vebinarda iştirak ediblər
AzerTAg.az
Bakı, 18 yanvar, AZƏRTAC
Botanika İnstitutunun mikologiya laboratoriyasının müdiri Dilzarə Ağayeva, gənc tədqiqatçılar Lamiyə Abbasova və Elnarə İsgəndərli Avropa şabalıd bitkisi üzrə şəbəkə layihəsi (EUROCASTANEA – European Chestnut Network) çərçivəsində keçirilən vebinarda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, vebinar şabalıd meyvəsində çürümə törədən invaziv endofit Gnomoniopsis castaneae göbələyi, onun diaqnostikası, yayılması, göbələyə qarşı bioloji və kimyəvi mübarizə yolları, latent infeksiyaların idarə edilməsi məsələlərinin müzakirəsinə həsr edilib.
Tədbirdə Avropanın bir sıra ölkələrindən mikoloqlar bu sahədəki ən son aparılan tədqiqatlar barədə məruzə ediblər. Çıxışlardan sonra mövzu ətrafında geniş müzakirə aparılıb. Qeyd edək ki, törədicinin sürətlə yayılmasını nəzərə alsaq bu patogen respublikada təbii şabalıdlıqlar və şabalıd əkinləri üçün yeni ciddi qəbul ediləcək təhlükə ola bilər.

Xəbərin mətnində orfoqrafik səhv var