ELM VƏ TƏHSİL


“Botanika dünyası” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Bakı, 7 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda son illərdə aparılan elmi-tədqiqatları işıqlandırmaq, müasir elmi çağırışları təbliğ etmək, həyata keçirilən müxtəlif layihələrdə, habelə elm və təhsil sahəsində əldə olunan nəticələrlə ictimaiyyəti tanış etmək, gənclərdə elmi fəaliyyətə maraq oyatmaq üçün elmi-populyar üslubda materialların işlənilməsi ön plana çəkilir. Bu baxımdan institutda 2010-cu ildən etibarən hər il Azərbaycan və ingilis dillərində çap olunan “Botanika dünyası” məlumat bülleteninin çap olunması xüsusilə təqdirəlayiqdir.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu məlumatlar yerli və xarici alimlər arasında əlaqələrin qurulmasında olduqca əhəmiyyətlidir və alimlərimizin dünya elminə inteqrasiyasına şərait yaradır.

Bülletenin növbəti 15-ci nömrəsi institutun 2018-ci ildəki elmi fəaliyyətinə həsr olunub. Jurnalda Azərbaycan botanika elminin inkişafında xidmətləri olan görkəmli alimlərin yubileylərinə həsr olunan tədbirlər, institutda həyata keçirilən uğurlu layihələrin nəticələri, alimlərimizin müxtəlif ölkələrə işgüzar səfərləri, xarici qonaqlar, beynəlxalq elmi seminarlar, elm-təhsil çərçivəsində gənc kadrların hazırlığı, əməkdaşların nailiyyətləri, müştərək ekspedisiyalar və s. haqqında məlumatlar əksini tapıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.