MƏDƏNİYYƏT


Bottiçellinin əsəri hərracda 45 milyon dollara satılıb

Bakı, 28 yanvar, AZƏRTAC

İntibah dövrünün ən məşhur rəssamlarından olan Sandro Bottiçellinin çəkdiyi rəsm əsəri Nyu-Yorkdakı “Sotheby's” hərracında 45,4 milyon dollara satılıb.

AZƏRTAC “İnterfaks”a istinadla xəbər verir ki, bu, hərraclarda indiyədək intibah dövrünə aid rəsm əsərlərinə qoyulan ən yüksək qiymətlərdən biridir.

“Sotheby's” hərrac evindən bildirib ki, Bottiçellinin əsərləri hərracda olduqca nadir tapıntıdır, xüsusilə, onun son işləri bazarda çox nadir hallarda görünür.

“Kədər adamı” tablosu 1963-cü ildə hərracda alındıqdan sonra eyni adamın şəxsi kolleksiyasında qalıb”, - deyə əlavə olunub.

Qeyd edək ki, Sandro Bottiçelli İtaliyanın ən mühüm irəssamlarından biri hesab olunur. Onun ən məşhur əsərləri arasında “Veneranın doğulması”, “Bahar” və “Venera və Mars”ın adları çəkilir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.