İDMAN


“Bournemouth” klubu “Liverpul”un iki futbolçusunu transfer edib

Bakı, 5 yanvar, AZƏRTAC

İngiltərənin “Bournemouth” klubu “Liverpul”un iki futbolçusunu transfer edib.

AZƏRTAC “Bournemouth” klubunun saytına istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi Nataniel Klayn icarə əsasında yeni komandada forma geyəcək. İyirmi bir yaşlı hücumçu Dominik Solanke ilə isə birdəfəlik müqavilə imzalanıb. “Bournemouth” bu futbolçunun transferi üçün “Liverpul”a 19 milyon funt sterlinq ödəyib.

Xatırladaq ki, D.Solanke cari mövsümdə “Liverpul”un heyətində 27, N.Klayn isə 5 oyunda meydana çıxıb.

Hər iki futbolçu İngiltərə millisinin də heyətində yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.