DÜNYA


Böyük Britaniya Avropa İttifaqı ölkələrinə yük daşıyan nəqliyyat vasitələri üçün nəzarəti asanlaşdırıb

London, 20 aprel, AZƏRTAC

Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv ölkələrə yük aparan nəqliyyat vasitələri üçün nəzarəti asanlaşdırıb.

AZƏRTAC xəbər verir ki, Britaniya hökuməti Aİ-yə məhsul daşıyan nəqliyyat vasitələrinin artıq liman bölgəsinə girmək üçün xüsusi icazəyə ehtiyacı olmadığını açıqlayıb. Yeni sistem yük maşınlarının sərhəddə yığılmasının qarşısını almaq məqsədi daşıyır.

İlk Kentdə tətbiq olunan sistem məhsul daşıyan şirkətlərin yeni tələblərə uyğunlaşdığını və sərhədlərə tam hazır vəziyyətdə gəldiklərini göstərib.

Həmçinin Britaniya ilə Aİ arasındakı yük həcmi normal səviyyəyə qalxıb, fevral ayında ixracda 46 faiz artım olub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.