SİYASƏT


Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə bağlı razılaşmanı alqışlayır

Bakı, 12 noyabr, AZƏRTAC

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə bağlı Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Krallığın xarici işlər naziri Dominik Raab özünün “Twitter” hesabında yazıb.

O qeyd edib ki, tərəflər daha çox insan tələfatının qarşısını almaq üçün çətin qərarlar verdilər və Britaniya bütün tərəfləri vətəndaşlarının maraqları naminə davamlı sülh üçün birlikdə işləməyi davam etdirməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.