DÜNYA


Böyük Britaniya G7-nin Zirvə görüşünə ev sahibliyi edəcək

London, 8 iyun, AZƏRTAC

İyunun 11-13-də Böyük Britaniyanın Kornvol şəhərində Böyük Yeddilik ölkələrinin Zirvə görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Avropa İttifaqının təmsil olunacağı görüşə Britaniyanın Baş naziri Boris Conson Hindistan, Cənubi Koreya və Avstraliya liderlərini də dəvət edib.

Bu illik toplantı bu ölkələrin liderlərinə ortaq dəyərlərini və hədəflərini müzakirə etmək üçün yaxşı fürsət yaradır.

Qeyd edək ki, 47-ci dəfə keçiriləcək Zirvə görüşü ötən il COVID-19 pandemiyasına görə təxirə salınmışdı.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.