DÜNYA


Böyük Britaniya Rusiyadan almaz və metal idxalına qadağa qoyacaq

Böyük Britaniya Rusiyadan almaz və metal idxalına qadağa qoyacaq

Bakı, 19 may, AZƏRTAC

Böyük Britaniya hökuməti Rusiyada istehsal edilən mis, alüminium və nikelin, həmçinin almazın idxalını qadağan edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə krallığın Baş naziri Rişi Sunakın bəyanatında deyilir. Qadağanın qüvvəyə minəcəyi tarix isə göstərilmir.

Bəyanatda, həmçinin Böyük Britaniyanın 86 rusiyalı fiziki şəxsə, hərbi-sənaye komplekslərinə və kompaniyalara qarşı məhdudiyyətlərin tətbiq ediləcəyi bildirilir.

London bundan öncə 2022-ci ilin yazında Rusiyanın almaz istehsalı ilə məşğul olan “Alrosa” kompaniyasına qarşı sanksiya tətbiq etmiş və bu ölkədə istehsal olunan almaza isə 35 faizlik rüsum qoymuşdu.

Böyük Britaniyanın Rusiyaya qarşı sanksiya siyahısına indiyədək ümumilikdə 1,5 mindən çox fiziki və hüquqi şəxs daxil edilib və onlara məxsus 18 milyard funt-sterlinq (22,3 milyard dollar) vəsait dondurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.