İDMAN


Böyük Britaniya atletləri üzgüçülük üzrə 4x100 metr məsafəyə qarışıq sərbəst ötüşmə yarışlarında çempion olub

Bakı, 23 iyul, AZƏRTAC 

“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə 4x100 metr məsafəyə qarışıq sərbəst ötüşmə yarışlarının qalibi Böyük Britaniya atletləri (3 dəqiqə 32,48 saniyə) olublar.

AZƏRTAC xəbər verir ki, finalda 3 dəqiqə 34,62 saniyə nəticə göstərən Rusiya idmançıları ikinci yeri tutublar. Finişə 3 dəqiqə 36,12 saniyəyə çatan Almaniya təmsilçiləri isə ilk üçlüyü tamamlayıblar.

Növbəti yerlərdə müvafiq olaraq İtaliya, İspaniya, Macarıstan, Belçika və Türkiyə atletləri qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.