DÜNYA
Böyük Britaniya ilə Aİ arasında Brexit danışıqlarının növbəti mərhələsi Londonda baş tutacaq
London, 22 sentyabr, AZƏRTAC
Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında Brexit danışıqlarının növbəti mərhələsi sentyabrın 23-də Londonda baş tutacaq.
Avropa İttifaqının Brexit üzrə baş müzakirəçisi Maykl Barniyer Brexit danışıqları üçün sabah Londona səfər edəcək.
Görüş zamanı tərəflər arasında yaranan anlaşılmazlıqların aradan qaldırılması gözlənilir.
Xatırladaq ki, Britaniya hökuməti imzalanan Brexit müqaviləsinin hissələrini dəyişdirən yeni qanun layihəsi qəbul edib. Aİ bunun qarşılıqlı inama ciddi ziyan vurduğunu və Britaniyaya qarşı qanuni addımlar atmaqdan çəkinməyəcəyini açıqlayıb. Avropa İttifaqı Britaniyaya dəyişiklikləri geri götürməyəcəyi təqdirdə ticarət danışıqlarının təhlükə altında qalacağı barədə xəbərdarlıq edib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London