DÜNYA
Böyük Britaniya ilə Avropa İttifaqı arasında “Brexit” mövzusunda razılaşma əldə olunub
London, 14 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqı ilə “Brexit” mövzusunda razılaşma əldə edib.
AZƏRTAC xəbər verir ki, Baş nazir noyabrın 14-də Nazirlər Kabinetinin üzvləri ilə əldə olunmuş razılaşmanı müzakirə edəcək. Sonra isə müqavilə parlamentə təqdim olunacaq. Lakin verilən məlumata görə, 500 səhifəlik razılaşmaya indidən etiraz edənlər var.
Bu razılaşma 2019-cu il martın 29-dan sonra baş verəcək keçid dövrünün necə olacağını, bu dövrün davam edəcəyi müddəti və ölkə ilə İttifaq arasında əlaqələrin necə formalaşacağını müəyyən edir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]