DÜNYA


Böyük Britaniya ilə Kanada arasında ticarət müqaviləsi imzalanıb

London, 22 noyabr, AZƏRTAC

Böyük Britaniya ilə Kanada arasında Brexitdən sonrakı dövr üçün ticarət müqaviləsi imzalanıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkə aralarında 27 milyard dollar dəyərində mal və xidmət axınını qorumaq üçün bu müqaviləni imzalayıblar.

Rəqəmsal ticarət, kiçik müəssisələr, ətraf mühit və qadınların iqtisadi imkanlarının artırılması kimi məsələləri özündə əks etdirən müqavilənin imzalanmasına Britaniyanın Baş naziri Boris Conson və Kanadanın Baş naziri Castin Trüdo internet vasitəsi ilə qoşulub.

Xatırladaq ki, Britaniya Avropa İttifaqından çıxmağa hazırlaşarkən, ticarətin davam etdirilməsi üçün bir çox ölkələrlə ticarət müqaviləsi imzalayıb.

ABŞ, Çin, Meksika və Yaponiyadan sonra Kanada da bu ölkələrin sırasına daxil olub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.