CƏMİYYƏT


Böyük Britaniya işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsində dəstək göstərəcək

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp ilə görüşüb.

AZƏRTAC ANAMA-nın saytına istinadla xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulmuş prioritetlərə əsasən planlaşdırılmış fəaliyyət barədə səfirə məlumat verilib.

Görüşdə humanitar minatəmizləmə sahəsində, o cümlədən Agentliyin maddi-texniki bazasının gücləndirilməsi və UNICEF-in dəstəyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən ianə şəklində maliyyəşdirilən “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” sahəsində icrası nəzərdə tutulan layihə üzrə müzakirələr aparılıb.

Səfir Böyük Britaniyanın ölkəmizin azad edilmiş ərazilərində mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərində ikitərəfli əməkdaşlıq çərçivəsində dəstək göstərəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.