CƏMİYYƏT


Böyük Britaniya minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək

Böyük Britaniya minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək

Ağdam, 25 may, Gülay Nəzərova, AZƏRTAC

Böyük Britaniya minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyinin Partlayıcı maddələrlə mübarizə idarəsinin rəisi Bert Eplton Ağdamda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib.

“Təlimlərimiz uğurla davam edir. Minatəmizləmə sahəsində əməkdaşlığımızı davam etdirəcəyik. Böyük Britaniyadan mütəxəssislər dəvət olunacaq. Həmçinin minatəmizləmə prosesinə qadın istehkamçıların da cəlb edilməsini dəstəkləyirik", - deyə o diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.