DÜNYA


Böyük Britaniya ölkəyə gələnləri koronavirusa görə testdən keçirəcək

London, 17 yanvar, AZƏRTAC

Böyük Britaniya koronavirusun yeni növlərinin yaranma riski səbəbi ilə ölkəyə gələn şəxslərin testlərdən keçməsini tələb edir.

AZƏRTAC xəbər verir ki, bazar ertəsindən etibarən tətbiq olunacaq qərar fevralın 15-dək qüvvədə olacaq.

Baş nazir Boris Conson bu qərarın verilməsində əsas məqsədin yeni COVID-19 növlərinin yaratdığı təhlükədən qorunmaq olduğunu söyləyib. O bildirib ki, əlavə tədbirlərin görülməsi bu dövrdə vacibdir, çünki əhalini qorumaq üçün hər gün yeni addımlar atılmalıdır. Conson, sərhədlərdə təhlükəsizliyin artırılması üçün əlavə tədbirlərin görüləcəyini də açıqlayıb.

Qeyd edək ki, Böyük Britaniya Braziliyanın Amazon bölgəsində aşkarlanan koronavirusun yeni növünə görə Cənubi Amerika, Portuqaliya və Kabo-Verdeyə səyahət etməyi qadağan edib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.