DÜNYA


Böyük Britaniya parlamentinin deputatları “Scotland Yard”-dan kömək istəyirlər

Bakı, 8 yanvar, AZƏRTAC

Böyük Britaniya parlamentinin müxtəlif partiyalardan olan 50 deputatı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün polis təşkilatı “Scotland Yard”ın rəhbəri Kressida Dikə müraciət ediblər.

AZƏRTAC ANADOLU agentliyinə istinadla xəbər verir ki, deputatların fikrincə, parlament binası ətrafında təhlükəsizlik tədbirləri tam təmin olunmayıb. Parlament üzvlərinin sözlərinə görə, Brexitlə bağlı müzakirələr aparıldığı müddətdən etibarən qanunverici orqana qarşı etirazlar intensivləşib. Bu səbəbdən müzakirələrdə iştirak edən deputatlar hədə-qorxularla üzləşirlər.

Müraciətdə, həmçinin qeyd olunub ki, təhdidlərə deputatlarla yanaşı, jurnalistlər də məruz qalırlar. Deputatlar xatırladıb ki, 2016-cı ildə Brexitlə bağlı keçirilən referendumdan bir həftə əvvəl Böyük Britaniya parlamentinin İşçi Partiyasından olan qadın deputatı Jo Cox sağ təmayüllü bir şəxsin hücumu nəticəsində öldürülmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.