DÜNYA


Böyük Britaniya səyahət qaydalarına yenidən dəyişiklik edib

London, 25 iyun, AZƏRTAC

Böyük Britaniya hökuməti səyahət qaydalarına yenidən dəyişiklik edib.

AZƏRTAC xəbər verir ki, Krallıqda koronavirus pandemiyasına görə tətbiq olunan qaydalara uyğun olaraq ölkələr qırmızı, sarı və yaşıl rənglərə ayırıb. Hər kateqoriyada olan ölkə üçün fərqli bir sistem tətbiq edilir.

Qırmızı siyahıda olan ölkələrdən gələnlər 10 gün, oteldə karantində qalmalıdırlar. Sarı siyahıda olan ölkələrdən gələnlər göstərəcəkləri ünvanda 10 gün karantində qalacaqlar. Yaşıl siyahıda olan ölkələrdən gələnlərdən isə karantin tələb olunmur.

Nəqliyyat naziri Qrant Şaps tərəfindən açıqlanan yeni qaydalara görə Malta və Barbados da daxil olmaqla ümumilikdə 16 ölkə yaşıl siyahıya daxil edilib. Yeni qəbul edilən qərar iyunun 30-dan tətbiq olunacaq.

Sistem ölkəyə koronavirusun müxtəlif variantlarının daxil olmasının qarşısını almaq üçün tətbiq olunur.

Siyahıya əlavə ediləcək və ya çıxarılacaq ölkələr müəyyən meyarlara əsasən Bioloji Təhlükəsizlik Komitəsi tərəfindən müəyyən edilir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.