İQTİSADİYYAT


Böyük Britaniya və Azərbaycan şəhərsalma sahəsində əməkdaşlıq edəcək

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auldu və İstanbuldakı Konsulu, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kenan Poleonu qəbul edib.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhərsalma siyasətinin formalaşdırılması və reallaşdırılması, bu sahədə davamlı islahatların aparılması, həyata keçirilən əsas strateji layihələr, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı planlaşdırma və yenidənqurma işləri barədə məlumat verilərək Böyük Britaniyanın aidiyyəti qurumları və özəl şirkətləri ilə mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edilib.

Qonaqlar ölkəmizdə şəhərsalma fəaliyyətinin təşkili sahəsində həyata keçirilən genişmiqyaslı layihələrin keyfiyyətini və sürətini yüksək qiymətləndirərək, Azərbaycanın bu sahədə beynəlxalq standartlara uyğun sistemli fəaliyyəti, xüsusən də postmünaqişə ərazilərinin bərpası təcrübəsi sayəsində formalaşdırdığı inkişaf modelinin bir çox ölkələr üçün yaxşı nümunə rolunu oynaya biləcəyini bildiriblər.

Görüşdə, həmçinin müasir “ağıllı” şəhərsalma yanaşmalarının və layihələndirmədə “BIM” (“Building Information Modeling”) – Tikintidə İnformasiya Modelləşdirilməsi texnologiyalarının tətbiqi, şəhərsalma fəaliyyətində dövlət-özəl tərəfdaşlığının təşkili və digər sahələrdə əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.