DÜNYA


Böyük Britaniya və Niderland ticarət və təhlükəsizlik sahəsində əlaqələri gücləndirmək niyyətindədirlər

Bakı, 22 oktyabr, AZƏRTAC

Böyük Britaniya və Niderland ticarət, innovasiya və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər. Niderlandın Kralı Villem-Aleksandr və xanımı, kraliça-konsort Maksimo oktyabrın 23-də Böyük Britaniyaya rəsmi səfər edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Ceremi Hant bildirib.

Səfər çərçivəsində hər iki ölkənin Xarici İşlər nazirlərinin iclası keçiriləcək. Oktyabrın 24-də Kral Villem-Aleksandr Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə görüşəcək.

“Böyük Britaniya və Niderland dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, terrorizm və kiber təhdidlərinə qarşı birgə mübarizə aparır”, - deyə Ceremi Hant vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.