DÜNYA


Böyük Britaniya və Yaponiya azad ticarət müqaviləsi barədə razılığa gəliblər

Bakı, 11 sentyabr, AZƏRTAC

Böyük Britaniya və Yaponiya azad ticarət müqaviləsi haqqında razılığa nail olublar. Bu, Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasından sonra ilk ən böyük ticarət müqaviləsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın Xarici Ticarət Nazirliyi məlumat yayıb. Məlumata əsasən, müqavilə sayəsində Britaniya Yaponiya ilə ticarət dövriyyəsini təxminən 15,2 milyard avro (20 milyard dollara yaxın) artıra biləcək. Habelə Birləşmiş Krallığın ixrac mallarına tariflərin 99 faizi ləğv olunacaq.

Müqavilənin imzalanmasına dair prinsipial razılıq cümə günü Britaniyanın Xarici Ticarət naziri Elizabet Trass və Yaponiyanı Xarici İşlər naziri Toşimitsu Moteqinin videoəlaqə formatında danışıqları zamanı əldə edilib. Britaniya tərəfinin məlumatına görə, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 31,6 milyard avro (41 milyard dollar) olub.

Britaniyalı nazir razılaşmanı Birləşmiş Krallıq və Yaponiya üçün tarixi hadisə adlandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.