DÜNYA


Böyük Britaniya yaxın on ildə karbon qazı emissiyasını azaltmağı hədəfləyir

London, 5 dekabr, AZƏRTAC

Böyük Britaniya yaxın on ildə iqlim dəyişikliyinə səbəb olan karbon qazı emissiyasını azaldan öndə gedən ölkə olmağı hədəfləyir.

Baş nazir Boris Conson 2030-cu ilin sonuna qədər karbon qazı emissiyasını ən azı 68 faiz azaltmağa çalışacaqlarını açıqlayıb. O, bu göstəricinin dünyanın inkişaf etmiş iqtisadiyyatları arasındakı ən qabaqcıl hədəf olduğunu söyləyib.

Conson dekabrın 12-də keçiriləcək beynəlxalq virtual iqlim sammiti ərəfəsində dünya liderlərini yeni hədəflərini elan etməyə çağırıb.

Mütəxəssislər Krallıq tərəfindən əvvəllər qarşıya qoyulan məqsədlərin yerinə yetirilmədiyini xatırladaraq Baş nazir Consondan bu hədəflərin reallaşmasına imkan verəcək siyasi qərarları təcili qəbul etməyi tövsiyə ediblər.

Beynəlxalq yaşıllaşdırma ittifaqı isə hökumətdən 2030-cu ilə qədər karbon qazı emissiyasını 75 faiz azaltmağa çağırır.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının gələn həftə onlayn olaraq keçiriləcək illik iqlim müzakirələrinə ev sahibliyini Böyük Britaniya edəcək. Noyabr ayında Qlazqoda keçirilməsi planlaşdırılan müzakirələrin COVID-19 pandemiyası səbəbindən təxirə salınaraq virtual şəkildə keçirilməsinə qərar verilib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.