DÜNYA
Böyük Britaniyada 58 universitetin işçiləri üçgünlük tətilə başlayıblar
London, 2 dekabr, AZƏRTAC
Böyük Britaniyada 58 universitetin işçiləri üçgünlük tətilə başlayıblar.
AZƏRTAC xəbər verir ki, tətili təşkil edən Universitet və Kolleclər Birliyi həmkarlar ittifaqı koronavirus pandemiyası zamanı aşağı maaşlar, pensiyaların kəsilməsi və idarəolunmaz iş yükü ilə mübarizə aparmaq üçün tədbirlər görülməsini tələb ediblər.
Universitet və Kolleclər Birliyi işçilərinin tələblərinə məhəl qoyulmasa, tətillərin gələn il də davam edəcəyini bildirib.
Tələbələrin Milli Birliyi də tətili dəstəklədiklərini açıqlayıb.
Bir milyondan çox tələbə tətildən təsirlənib. Britaniyanın ali təhsilə nəzarət orqanı olan Tələbələr Ofisi bildirib ki, əgər tətillər onların təhsilinə təsir göstəribsə, universitetlər tələbələrə təhsil haqqının qismən geri qaytarılmasını təklif edə bilər.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London