DÜNYA


Böyük Britaniyada 9 nəfərdə meymun çiçəyi virusu aşkarlanıb

London, 19 may, AZƏRTAC

Böyük Britaniyada 9 nəfərdə meymun çiçəyi (monkeypox) virusu aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi virusa yoluxanlardan birinin paytaxt Londonda, digərlərinin isə ölkənin cənub-şərqində aşkarlandığını açıqlayıb.

Meymun çiçəyi xəstəliyinin ilk əlamətləri qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur. Adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir.

İspaniya və Portuqaliyada Səhiyyə nazirlikləri də meymun çiçəyi virusuna yoluxma halları ilə bağlı tədbirlər görməyə başlayıb. İspaniyanın paytaxtı Madriddə 8, Portuqaliyanın paytaxtı Lissabonda isə 5 nəfərdə Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun yaratdığı nadir xəstəlik olan meymun çiçəyinin aşkarlandığı açıqlanıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.